Ana Sayfa > İdman > AFFA çempionat oyunlarını təxirə saldı

AFFA çempionat oyunlarını təxirə saldı


28-03-2026, 17:04. Yazar: vasif
AFFA çempionat oyunlarını təxirə saldı


AFFA keçirdiyi liqalarla bağlı məlumat yayıb.

Qurum 4 liqada oyunları təxirə salıb.

Belə ki, AFFA-nın bayrağı altında təşkil edilən U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar baş tutmayacaq.

Təxirə salınan matçların hansı tarixdə keçiriləcəyi barədə məlumat verilməyib. (fanat.az)
Geri dön