Ana Sayfa > Ölkə > Azərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA


28-03-2026, 13:30. Yazar: vasif
Azərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA


Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar fonunda sürüşmə riski ilə bağlı vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Aia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublikanın sürüşmə ərazilərində aparılan müşahidə və monitorinqlər zamanı proseslərin dinamikasında hər hansı dəyişiklik qeydə alınmayıb.

Məlumatda vurğulanıb ki, mövcud sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə olunmur:

Geoloji Kəşfiyyat Agentliyi İdarə Heyətinin sədri Əli Əliyev də qeyd edib ki, son günlər yeni sürüşmə zonaları da qeydə alınmayıb.
Geri dön