Ana Sayfa > Ölkə > Güclü sel üç kəndi birləşdirən yolun bağlanmasına səbəb oldu - FOTO
Güclü sel üç kəndi birləşdirən yolun bağlanmasına səbəb oldu - FOTO28-03-2026, 12:08. Yazar: vasif |
![]() Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Aia.az-a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Yolun açılması istiqamətində işlər görülür. Geri dön |