Ana Sayfa > İdman > Azərbaycanın U-19 millisi Şimali İrlandiya ilə qarşılaşacaq

Azərbaycanın U-19 millisi Şimali İrlandiya ilə qarşılaşacaq


28-03-2026, 13:00. Yazar: vasif
Azərbaycanın U-19 millisi Şimali İrlandiya ilə qarşılaşacaq


Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Aia.az-ın məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 bu gün Şimali İrlandiya ilə qarşılaşacaq.

Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.
Geri dön