Ana Sayfa > Ölkə > FHN: Su basmış ərazilərdən onlarla insan təxliyə edilib

FHN: Su basmış ərazilərdən onlarla insan təxliyə edilib


28-03-2026, 09:59. Yazar: vasif
FHN: Su basmış ərazilərdən onlarla insan təxliyə edilib


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

Nazirlikdən Aia.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.


Geri dön