Ana Sayfa > İqtisadiyyat > Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb


27-03-2026, 10:45. Yazar: vasif
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,55 ABŞ dolları və ya 6,6 % artaraq 121,25 ABŞ dolları təşkil edib.

Aia.az hərracların nəticələrinə istinadən xəbər verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 117,49 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,17 ABŞ dolları və ya 6,7 % artaraq 114,41 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Geri dön