Ana Sayfa > Manşet / Siyasət > Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub


25-03-2026, 15:37. Yazar: azer
Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub

Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu gün Azərbaycan – Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşündə səsləndirib.
Spiker Sahibə Qafarova son dövrlərdə münasibətlərimizin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimizin liderləri arasında mövcud olan səmimi münasibətlər, qarşılıqlı hörmət və etimad tərəfdaşlığın inkişafında mühüm rol oynayır.
Geri dön