Ana Sayfa > Özəl > Almaniyada müsəlmanların 17%-i ayda ən azı bir dəfə açıq ayrı-seçkiliyə məruz qalıb
Almaniyada müsəlmanların 17%-i ayda ən azı bir dəfə açıq ayrı-seçkiliyə məruz qalıb19-03-2026, 21:41. Yazar: sevinc1 |
|
Almaniyada hazırlanan bir hesabatda ölkədəki qaradərililərin 25 faizinin və müsəlmanların 17 faizinin ayda ən azı bir dəfə açıq ayrı-seçkiliyə məruz qaldığı aşkar edilib. Milli Ayrı-seçkilik və İrqçilik Monitoru (NaDiRa) tərəfindən hazırlanmış "Daxil Devalvasiya və Kövrək Etibar" adlı hesabat Berlində keçirilən mətbuat konfransında ictimaiyyətə açıqlanıb. 2025-ci ilin oktyabr ayı ilə 2026-cı ilin yanvar ayı arasında aparılan və cəmiyyətin müxtəlif sektorlarından təxminən 8000 nəfərin iştirak etdiyi tədqiqatda Almaniyada irqçilik və ayrı-seçkiliyin yayılması, bunların cəmiyyətdə necə əks olunması və irqçi təcrübələrin dövlət qurumlarına etimada necə təsir etməsi kimi suallar cavablandırılıb. Hesabata görə, ölkədəki qaradərililərin 25%-i və müsəlmanların 17%-i son bir ildə ayda ən azı bir dəfə açıq ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. Bu nisbət Asiyadan olanlar üçün 16%, Şərqi Avropadan olanlar üçün 14% və immiqrant mənşəlilər üçün 11% təşkil edib. Müsəlmanların 33%-i, qaradərililərin 32%-i və immiqrant mənşəlilərin 30%-i son bir ildə ən azı bir dəfə açıq ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. Qaradərililərin 63%-i, müsəlmanların 52%-i, asiyalıların 47%-i və immiqrant mənşəlilərin 42%-i "kobud rəftar", "diqqərdən kənarlaşdırılma" və ya "ciddi qəbul edilməməsi" kimi gizli ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. Ayrı-seçkiliyin səbəbləri alman kimi qəbul edilməmək, ad, din, Almaniya vətəndaşlığına malik olmamaq, dəri rəngi, yaş, cins və sosial təbəqə kimi göstərilib. Müsəlman kişilərin 28%-i, qaradərili kişilərin 33%-i və immiqrant mənşəli kişilərin 16%-i son 12 ayda rəsmi yerlərdə ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. Bu nisbət müsəlman qadınlar üçün 28%, qaradərili qadınlar üçün 28% və immiqrant mənşəli qadınlar üçün 22% təşkil edib. İştirakçıların 28%-i son 12 ayda ən azı bir irqçi hadisənin şahidi olduqlarını, 30%-i isə ətraflarındakılar arasında belə hadisələr barədə eşitdiklərini bildiriblər. Ayrı-seçkiliyə məruz qalmaq dövlət qurumlarına olan etimadı da sarsıdıb. 2022-ci ildə müsəlmanların 58%-i Almaniya hökumətinə etibar etsə də, bu rəqəm 2026-cı ildə 31%-ə düşüb. İmmiqrant mənşəlilər arasında Almaniya hökumətinə olan inam da dörd ildə 12 faiz bəndi azalaraq 31%-ə, qaradərililər arasında isə 3 faiz bəndi azalaraq 41%-ə düşüb. aia.az Tərcümə şöbəsi Geri dön |