Ana Sayfa > Ölkə > Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq18-03-2026, 11:48. Yazar: sevinc1 |
![]() "Bakı Metropoliteni" QSC Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir. Bu barədə aia.az-a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, bayram günlərində ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq. Qeyd edilib ki, Bakı metrosunda Novruz və Ramazan bayramları ilə əlaqədar intervallarda dəyişiklik ediləcək. 20-21, 25-28 və 30 mart tarixlərində intervallar: "28 May-Əhmədli" istiqamətində 2,5 dəqiqə, 22-24 və 29 mart tarixlərində: eyni istiqamətdə 3 dəqiqəyədək. Digər sahələr üzrə (20-31 mart) isə intervallar belə olacaq: "Həzi Aslanov-Əhmədli": 7 dəqiqə "Avtovağzal-8 Noyabr": 7 dəqiqə "Avtovağzal-Xocəsən": 14 dəqiqə təşkil edəcək. Vurğulanıb ki, sərnişin təhlükəsizliyi üçün nəzarət tədbirləri gücləndiriləcək. aia.az Geri dön |