Ana Sayfa > Media / Karusel > 250 milyon dollar dəyərində narkotik aşkarlandı

250 milyon dollar dəyərində narkotik aşkarlandı


8-03-2017, 11:25. Yazar: admin
250 milyon dollar dəyərində narkotik aşkarlandı

Avstraliya hüquq-mühafizə orqanları Sidneydə "qara bazar"da dəyəri 247 milyon dollar olan 540 kq metamfetamin müsadirə edib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, güclü təsirə malik narkotik maddə olan metamfetamin 396 plastik qabda aşkarlanıb.

Narkotik vasitə ABŞ-dan bir yük gəmisi ilə Sidneyin qərbindəki anbara gətirilib. Əməliyyat zamanı 2030 yaşlı 7 kişi və bir qız saxlanılıb. Onlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilirlər.

AİA.az
Geri dön