Ana Sayfa > Gündəm > Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq17-03-2026, 16:01. Yazar: sevinc1 |
![]() Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 7-nə təyin edilmiş iclasında baxılacaq. aia.az Geri dön |