Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu
Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu17-03-2026, 10:25. Yazar: sevinc1 |
![]() Martın 16-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 170, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. aia.az Geri dön |