Ana Sayfa > Gündəm > Ermənistanda hər an sosial partlayış ola bilər
Ermənistanda hər an sosial partlayış ola bilər8-03-2017, 10:35. Yazar: admin |
Ermənistan, hər an partlayacaq bombanı xatırladır. Ölkə əhalisi iş tapa bilmir, çətin şərtlər altında həyatlarına davam edirlər. Bu da sosial etirazları gücləndirir. Hazırda Ermənistanda yaşayan minlərlə insan iş tapa bilmir, çətin şərtlər altında həyatlarına davam edirlər. Ən böyük problem isə sosial təminatla bağlıdır. Belə insanlar dövlətdən heç bir yardım və güzəşt əldə edə bilmirlər. Əksinə, addımbaşı maneə və çətinliklərlə qarşılaşırlar. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bütün bunlarda hökuməti günahlandırır. O, “Joxovurd” qəzetinə müsahibəsində bildirib ki, S.Sarkisyan indiyədək hakimiyyətdəki yerini möhkəmləndirməkdən başqa heç nə etməyib. Doqquz ildə bu klan Ermənistanı səfillərin ölkəsinə çevirib. Ölkədə heç bir irimiqyaslı layihə həyata keçirilmir. İnsanların yaşayış səviyyəsi həddindən artıq ağırdır. Artıq Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir. Xarici borc isə 8 milyard dollardır. Durmadan artan bu rəqəm Ermənistanı iqtisadi kollapsa gətirib çıxaracaq. Sabıq nazirin sözlərinə görə, bununla Ermənistan nəinki pis, hətta borc içində yaşayır. Son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Q.Baqratyanın şəxsi məlumatlarına görə isə, əslində yoxsulluğun real səviyyəsi 38 faiz təşkil edir. AİA.az Geri dön |