Ana Sayfa > Özəl > İtaliya hesab edir ki, Aİ-nin regiondakı missiyaları Hörmüz boğazına qədər genişləndirilə bilməz

İtaliya hesab edir ki, Aİ-nin regiondakı missiyaları Hörmüz boğazına qədər genişləndirilə bilməz


16-03-2026, 18:29. Yazar: sevinc1
İtaliya hesab edir ki, Aİ-nin regiondakı missiyaları Hörmüz boğazına qədər genişləndirilə bilməz

İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani, Avropa Birliyinin (AB) Qırmızı dənizdə və Somali sahillərində həyata keçirdiyi iki missiyanın Hörmüz boğazını da əhatə edəcək şəkildə genişləndirilməsi üçün uyğun olduğuna inanmadığını söylədi.
Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Görüşünə qatılan Tajani, görüşdən əvvəl İtaliya mətbuatına açıqlamalar verib. ABŞ-ın Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün koalisiya tələbi ilə bağlı Tajani, Qırmızı dənizdə naviqasiya azadlığını qorumaq üçün başlatdığı Aİ-nin "Aspides" missiyasına və 2008-ci ildə piratçılığa qarşı mübarizə aparmaq üçün yaradılan "Atalanta" missiyasına toxunaraq dedi: "Aspides və Atalanta missiyalarının gücləndirilməsinə ehtiyac var. Lakin bunlar müdafiə və piratçılığa qarşı missiyalar olduğundan, onların səlahiyyət sahələrinin Hörmüz boğazına qədər genişləndirilə biləcəyini düşünmürəm. Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün çalışmağın düzgün yanaşma olduğuna inanıram."

Aspides və Atalanta missiyalarının Hörmüz boğazına qədər genişləndirilməsinin "mürəkkəb" bir məsələ olduğunu vurğulayan Tajani, Hörmüz boğazı ilə bağlı diplomatik bir həll yolu tapılmalı olduğunu bildirdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön