Ana Sayfa > İdman > Çempionlar Liqasında iki klub 1/4 finala çıxdı - NƏTİCƏLƏR
Çempionlar Liqasında iki klub 1/4 finala çıxdı - NƏTİCƏLƏR8-03-2017, 09:34. Yazar: admin |
Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. AİA.az xəbər verir ki, 2 görüşdən sonra 1/4 finalın ilk iştirakçılarının adı məlum olub. “Arsenal” öz meydanında “Bavariya”nı qəbul edib. Münhendə 5:1 hesablı qələbə qazanan “Bavariya” London səfərində də eyni hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib. “Napoli” - “Real” matçında da qonaqlar mərhələ adlayıb. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Madrid klubu eyni ssenari ilə Neapolda da rəqibini üstələyib. Çempionlar Liqası 1/8 final mərhələsi, cavab oyunları 7 mart 23:45. “Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5 İlk oyun - 1:5 23:45. “Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3 İlk oyun - 1:3 8 mart 23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa) İlk oyun - 0:4 23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) İlk oyun - 0:1 14 mart 23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya) İlk oyun - 2:0 23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) İlk oyun - 1:2 15 mart 23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə) İlk oyun - 3:5 23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya) İlk oyun - 4:2 AİA.az Geri dön |