Ana Sayfa > Manşet / Ölkə > Bu həftə 11 günlük tətil başlayır
Bu həftə 11 günlük tətil başlayır16-03-2026, 09:53. Yazar: sevinc1 |
![]() Bu həftə Azərbaycanda 11 günlük tətil başlayır. aia.az xəbər verir ki, bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq. Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdüyü üçün növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq. Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. 31 mart bayramdan sonra ilk iş günü olacaq. aia.az Geri dön |