Ana Sayfa > İdman > La Liqa klubunda baş məşqçi dəyişikliyi

La Liqa klubunda baş məşqçi dəyişikliyi


7-03-2017, 18:08. Yazar: admin
La Liqa klubunda baş məşqçi dəyişikliyi








"Malaga"da məşqçi dəyişikliyi reallaşıb.

Aia.Az goal.az-a istinadən xəbər verir ki, Marselo Romeronu istefaya göndərən klub rəhbərliyi Miqel Miçellə razılığa gəlib. Qarşıdakı günlərdə Miçelin rəsmi təqdimatı keçiriləcək. Marselo Romeronun istefası "Malaga"nın qeyri-qənaətbəxş nəticələri ilə bağlıdır. O, 2016-cı il 28 dekabrda Xuande Ramosun əvəzinə baş məşqçi postuna gətirilmişdi. Romeronun rəhbərliyi altında 10 oyun keçirən komanda 7 məğlubiyyət almışdı. Miçelin son iş yeri isə "Olympiacos" olub.


aia.az
Geri dön