Ana Sayfa > Siyasət / Karusel > Həmsədrlərin Azərbaycana səfərinin VAXTI AÇIQLANDI

Həmsədrlərin Azərbaycana səfərinin VAXTI AÇIQLANDI


7-03-2017, 17:02. Yazar: admin
Həmsədrlərin Azərbaycana səfərinin VAXTI AÇIQLANDI

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) martın 11-də Azərbaycana səfər edəcəklər.

AİA.Az bildirir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir həmsədrlərin Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparacaqlarını söyləyib.

Qeyd edək ki, həmsədrlərin bu ay Ermənistana da səfəri nəzərdə tutulur.

---------

15:32

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bu həftənin sonu Azərbaycana səfər edəcək.

AİA.Az xəbər verir ki, bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, amerikalı həmsədr səfər çərçivəsində Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirəcək.

AİA.az
Geri dön