Ana Sayfa > Şou-biznes / Seçilənlər-3 / Manşet > Etirazçılar əyalətlərdən İrəvana axışır (CANLI)
Etirazçılar əyalətlərdən İrəvana axışır (CANLI)25-06-2015, 07:40. Yazar: admin |
Oturaq aksiya iştirakçılarının tələbləri dəyişməyib və Serj Sarkisyanla görüşə getməyəcəklər. İrəvanda elektrik tariflərinə etiraz məqsədi ilə başlamış “Talana son” aksiyasına qoşulmaq üçün Ermənistanın bir neçə bölgəsinin əhalisi paytaxta axın etməyə başlayıb. Aia.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın “Ayazn” partiyasının təmsilçisi Armen Mkrtçyan bildirib. “Üç-dörd vilayətin təmsilçisi avtmobillərlə bizə qoşulmaq üçün gəlir. Onları gözləyirik. Qoy gəlsinlər, ondan sonra tələblərimizi səsləndirəcəyik. Bizim həm də tutulanlarımız var və bu da tələblərə əlavə ediləcək”, - deyə o bildirib. Onun sözlərinə görə, tələbləri dəyişməyib və Serj Sarkisyanla görüşə getməyəcəklər. İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-I saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Dünən səhər saatlarında erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar. Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkiblər. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu. Aksiya iştirakçıları bu gecəni də Baqramyan prospektində keçiriblər. Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi. Geri dön |