Ana Sayfa > Gündəm > Milli Məclisin iclası təxirə salındı

Milli Məclisin iclası təxirə salındı


7-03-2017, 16:42. Yazar: admin
Milli Məclisin iclası təxirə salındı

Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasının ikinci hissəsi təxirə salınıb.

AzVision.az xəbər verir ki, iclas fasilədən sonra keçirilməyib.

Növbəti iclas martın 10-da keçiriləcək. Bugünkü iclasın gündəliyində olan məsələlər martın 10-dakı iclasın gündəliyinə daxil ediləcək.

Qeyd edək ki, bu gün keçirilən iclasın gündəliyinə 13 məsələ daxil idi. Onlardan 5-i qəbul edilib.

AİA.az
Geri dön