Ana Sayfa > Siyasət / Karusel > Putin Mehriban Əliyevaya məktub göndərdi

Putin Mehriban Əliyevaya məktub göndərdi


7-03-2017, 15:57. Yazar: admin
Putin Mehriban Əliyevaya məktub göndərdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu göndərib.

AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

-Hörmətli Mehriban Arif qızı.

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.

Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.

Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm.

AİA.az
Geri dön