Ana Sayfa > Gündəm / Manşet > Ramil Usubov qadınlarla bağlı əmr verdi

Ramil Usubov qadınlarla bağlı əmr verdi


7-03-2017, 15:37. Yazar: admin
Ramil Usubov qadınlarla bağlı əmr verdi

Martın 7-də Daxili İşlər Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov "Qadınların cəmiyyətdə və daxili işlər orqanlarında rolu” mövzusunda geniş məruzə ilə çıxış edib. O, qadınların cəmiyyətdəkiroluvəhüquqlarının uzun bir tarixi dövr ərzində formalaşaraqinkişaf etdiyini, daimtəkmilləşdiyini, eyni zamanda, öziradəsi, mərdliyi, saflığı və sədaqətiiləseçilənAzərbaycanqadınınınictimai həyatda həmişəfəal rol oynadığını, şairlərimiz, yazıçılarımız və mütəfəkkirlərimizin qadınları həyatın mənbəyi, müdriklik mücəssəməsi kimi tərənnüm etdiklərini xatırladıb.

Daxili işlər naziri deyib ki, dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaradıb, memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi xalqımızın qadına ehtiramının parlaq simvoluna çevrilib, Məhsəti Gəncəvi isə öz şerləri ilə Azərbaycan qadınını uzaq ölkələrdə tanıdıb.XIX əsr Azərbaycan həyatında Xurşidbanu Natəvanın, Fatma xanım Kəminənin, Qəmərbəyim Qarabağinin və başqalarının fəal ictimai mövqeyi və poeziya yaradıcılığı diqqətəlayiqdir.

Qeyd olunub ki, Amerika və əksər Avropa dövlətlərində qadınların seçki hüququnun olmadığı bir zamanda Azərbaycan bütün Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkə olub. Sovet hakimiyyəti dövründə də şərəfli bir yol keçən Azərbaycan qadınının öz potensialını reallaşdıra bilməsi üçün böyük işlər görülüb. Bunun nəticəsidir ki, İkinci Dünya müharibəsi illərində ön cəbhədə mərdliklə döyüşərək igidlik və cəsarət nümayiş etdirən Şövkət Səlimova kimi gəmi kapitanı, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva, Leyla Məmmədbəyova kimi təyyarəçilər yetişib.

Məruzədə Azərbaycan qadınlarının xüsusilə də ötən əsrin ikinci yarısında elm və mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlər, onların istedadının, dərin zəkasının və əməksevərliyinin bariz nümunələri diqqətə çatdırılıb. Qeyd olunub ki, görkəmli alim, akademik, əməkdar elm xadimi Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Pediatr-kardioloq, əməkdar elm xadimi, akademik Adilə xanım Namazova dünya miqyasında dəyərləndirilən nailiyyətlərə imza atıb. Öz həyatını xalqının tarixini, ənənələrini, Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etmiş görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva da elmə mühüm yeniliklər gətirmiş nadir şəxsiyyətlərdəndir.

Kino və teatr sənətinin mahir ustaları - Mərziyyə Davudova, Hökumə Qurbanova, Barat Şәkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova; müğənnilər - Şövkət Məmmədova, Firəngiz Əhmədova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova; bəstəkarlar - Ağabacı Rzayeva, Şəfiqə Axundova; rəssamlar - Vәcihә Səmədova, Maral Rəhmanzadə; qadın şair və yazıçılarımız - Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və onlarla başqaları öz istedadları ilə milli mədəniyyətimizin və ədəbiyyatımızın inkişafında silinməz izlər qoyublar.

Nazir ölkəmizdədövlətqadınsiyasətininəsasprinsiplərininmüəyyənedilməsivəuğurla həyatakeçirilməsinin məhzxalqımızınümummillilideriHeydərƏliyevinadıiləbağlı olduğunu məmnunluqla xatırladıb və ulu öndərin qadınlarınfəaliyyətini, onlarıncəmiyyətdərolunuhəmişəyüksəkqiymətləndirdiyini vurğulayıb.

R.Usubov ölkəPrezidentitərəfindənhəyatakeçirilənquruculuqişlərində, hüquqivədemokratikinkişafproseslərində, bütövlükdəxalqınrifahınayönəlmişsəylərdəAzərbaycanRespublikasınınBirincivitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti MehribanƏliyevanın xidmətlərinindanılmaz və əvəzsiz olduğunu xüsusi vurğulayıb, bütünşəxsiheyətvə şəxsən öz adındanonuyüksək dövlət vəzifəsinə təyin olunmasımünasibətiiləsəmimi-qəlbdəntəbrikedib, möhkəmcansağlığı, ailə səadəti, dövlətçilikfəaliyyətindəyeni-yeninailiyyətlərarzulayıb.

Nazir bildirib ki, xanım Mehriban Əliyevanın insanlığın yüksəlişinə və təntənəsinə xidmət edən nəcib təşəbbüsləri, dinlər və sivilizasiyalar arasında mədəni dialoqun qurulması, elmi-humanitar əməkdaşlığın dərinləşməsi, Azərbaycan barədə həqiqətlərin beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti, əsl vətəndaşlıq mövqeyi respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır, eləcə də ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, respublikamızda keçirilmiş "Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunları şəxsən onun böyük təşkilatçılıq qabiliyyəti sayəsində ən mötəbər mədəni və idman tədbirləri kimi tarixə düşüb. Cari ilin may ayında baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri vəzifəsinə də ölkə Prezidenti tərəfindən məhz xanım Mehriban Əliyevanın təyin edilməsi bu möhtəşəm idman yarışının da yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır.

İştirakçıların diqqətinə o da çatdırılıb ki, xanımMehribanƏliyevanınxeyirxahlığı, yüksəkhumanizmi, geniş erudisiyası hərbirAzərbaycanqadınıüçüngözəlbirnümunədir.

Nazir 2001-ciildənazirlikdəgender məsələləri üzrəvəzifənintəsisolunduğunu, hazırdadaxiliişlərorqanlarında 3300-əyaxınqadın əməkdaşınxidmətapardığını, böyük bir qisminin Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlarvəyetkinlikyaşınaçatmayanlarlaiş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalqəməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıqsahələrində, "102” və "TəhlükəsizŞəhər” qurumlarında, "ASANxidmət” mərkəzlərindəfəaliyyətgöstərdiklərini, kişihəmkarlarıiləbərabər cinayətkarlığaqarşımübarizə, asayişinvətəhlükəsizliyinqorunmasıkimimühümvəzifələrilayiqincəyerinəyetirdiklərini, fədakarlıqlargöstərdiklərinibildirib.

Qadın əməkdaşlardan Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahəddinovanın "Şöhrət” ordeni və "Tərəqqi” medalı, polis mayoru Nigar Qarayeva və istefada olan polis polkovniki Marina Nəsibovanın "Vətən uğrunda”, polis polkovniki Yeganə Məmmədovanın və polis baş serjantı Leyla Həsənovanın "İgidliyə görə”, Olimpiya mükafatçısı İradə Aşumova və polis polkovniki Gülşən Əhmədovanın "Tərəqqi”, istefada olan polkovnik-leytenantlar Tamara Mirzəyevanın və Təranə Məmmədovanın "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunduqları, 3 nəfərin fəxri adlara layiq görüldükləri, həmçinin təkcə son 5 ildə xidmətdə fərqlənən 1600-dan çox qadın əməkdaş barəsində nazirlik tərəfindən müxtəlif həvəsləndirmə tədbirləri tətbiq edildiyi, o cümlədən 39 nəfərə mükafat qaydasında vaxtından əvvəl hərbi və xüsusi rütbələr verildiyi məmnunluq hissi ilə xatırlanıb.

Bununla yanaşı, daxili işlər orqanlarının sıralarında idmanın cüdo, karate-do, stend və güllə atıcılığı növləri üzrə dünya çempionatlarının və kuboklarının, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibləri olan Nuriyə Axundova, Nərminə Əliyeva, Riqina Meftahəddinova, Ədilə Qurbanova, Fərqanə Kərimova kimi yüksək nailiyyətlər əldə etmiş onlarla qadının çalışdığı da diqqətə çatdırılıb, onların qürur doğuran mətinliyi, vətənpərvərliyi xüsusi qeyd edilib.

Tədbirdə polis polkovnik-leytenantı Nərgiz Məhərrəmova, leytenant Nigar Ağayeva vəpolis kiçik serjantı Nərminə Əliyeva çıxış edərək qadın əməkdaşlaragöstərilənböyükdiqqətvəqayğıya, ocümlədənxidmətişəraitinyaxşılaşdırılmasıiləbağlıgörülmüşəhəmiyyətliişlərə, sosialvədigərproblemlərinhəllindəəvəzsizköməyəgörəölkə Prezidentinə və nazirliyin rəhbərliyinəminnətdarlıqlarınıbildiriblər.

Daha sonra 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə daxili işlər orqanlarının bir qrup qadın əməkdaşının mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan olunub. Xidmətdə fərqlənənlərə mükafatlar və yenirütbələrin paqonları təqdim edilib.

Tədbirin sonunda daxili işlər orqanlarında xidmət edən qadın əməkdaşlar adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Geri dön