Ana Sayfa > Gündəm / Karusel > Ailələri kəlbəcərli girovlara məktub göndərdi
Ailələri kəlbəcərli girovlara məktub göndərdi7-03-2017, 15:32. Yazar: admin |
Girovlara çatdırılması üçün ailələrindən məktublar alınıb. Bu haqda Modern.az-a 3 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O qeyd edib ki, Qırmızı Xaç Komitəsindən atasının sağlamlıq durumu ilə bağlı hər hansı məlumat verilməyib: “Allahın və Prezidentimizin ümidinə qalmışıq. Atamın ermənilərin əlində ölməsinə imkan verməyəcəyəm. 2015-ci ilin mart ayından Avropa Məhkəməsinə müraciət etmişik. Amma bir cavab verən, məsələyə baxan da yoxdur. Beynəlxalq qurumlar susur. Niyə? Bilmirəm!” 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. AİA.az Geri dön |