Ana Sayfa > Siyasət / Parlament > Milli Məclisin deputatları Latviyaya səfər edəcəklər
Milli Məclisin deputatları Latviyaya səfər edəcəklər6-03-2026, 12:25. Yazar: azer |
![]() Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, üzvləri Fazil Mustafa və Sevil Mikayılova martın 9-da Latviya Respublikasının Riqa şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfər martın 13-də başa çatacaq. Geri dön |