Ana Sayfa > Təhsil / Manşet > Dövlət İmtahan Mərkəzi ittihamlara cavab verdi

Dövlət İmtahan Mərkəzi ittihamlara cavab verdi


7-03-2017, 12:05. Yazar: admin
Dövlət İmtahan Mərkəzi ittihamlara cavab verdi

Mart ayının 5-də Dövlət İmtahan Mərkəzi (DİM) ümumtəhsil müəssisələrinin 9-cu sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanlarının I mərhələsi keçirib. Bəzi ekspertlər, valideyn və şagirdlər narazılıq edib ki, Dövlət imtahan Mərkəzi buraxılış imtahanlarının təşkilatçılığını zəif edib.

Məsələ ilə bağlı (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzVision.az-a açıqlama verib.

Onun sözlərinə görə, imtahanların təşkilində problem olması ilə bağlı bizə rəsmi müraciət edilməyib: “İmtahanlar Bakı, Qobustan, Xızı, Abşeron, Sumqayıtda keçirilib. Heç bir imtahan vaxtından gec başlamayıb. Hər bir şagird fevralın 22-dən yaddaş kitabçaları götürüblər. Həmin kitabçada imtahan ilə bağlı məsələlər öz əksini tapıb. Onun üçün imtahanların zəif təşkil olunması fikrini yürütmək doğru deyil. İmtahanla bağlı hər hansı bir şagird və yaxud valideyn müraciət edərsə, həmin müraciət dərhal araşdırılacaq. Feysbuk səhifəmizdə imtahanın keçirilməsi ilə bağlı müəyyən şagirdlər qeydlər ediblər. Biz o qeydləri və məsələnin necə olması araşdırılacaq və tədbir görüləcək”.

Xanlar Xanlarzadə qeyd edib ki, qurumun imtahanlarla bağlı uzun illər təcrübəsi var: “1992-ci ildən qəbul imtahanları,2012-ci ildən də buraxılış imtahanı keçirilir. Hər bir imtahandan əvvəl imtahan binalarına baxış keçirilir, möhürlənir və həmin binalar Daxili işlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşlarına təhvil verilir. Ayın 5-də keçirilən imtahan üçün 244 imtahan rəhbəri, 2852 nəzarətçi müəllim cəlb olunub. İmtahanın qaydaları barədə onlara treninq keçilib. İmtahanda 40 mindən artıq şagird iştirak edib”.

DİM-in rəsmisi imtahan qiymətləri nə vaxt açıqlanması məsələsinindən də danışıb. Onun sözlərinə görə, buraxılış imtahanlarında açıq tapşırıqlardan istifadə olunur: “9-cu sinif buraxılış imtahanlarının birinci mərhələsinin nəticəsi imtahanın ikinci mərhələsi keçirilənədək açıqlanacaq. Buna səbəb, imtahana açıq sualların salınmasıdır. Ümumilikdə 30 tapşırıq var. 10 riyaziyyatda, 20 ana dilindən sualdır ki, onlardan 10-u açıq 10-u qapalı suallardır. Acıq tipli suallarına yazılı cavab verilib. Bütün respublika üzrə markerlər (açıq tipli tapşırıqları yoxlayan ekspertlər) bazası yaratmışıq. Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir. Əgər markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir. Dünəndən etibarən cavab vərəqinin emalına başlanıb. DİM-in regional mərkəzlərində xüsusi zallarda kompüterlərə yerləşdirilib və markerlər həmin tapşırıqları yoxlayacaq. Burada şəffaflıq təmin olunması üçün müəllimin kompüterində şagird haqqında heç bir məlumat olmur. “Scan” olan zaman şagirdin adı, familyası, kodu olmur. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Məsələn Bakıda imtahan vermiş şagirdin işini regionda bir marker yoxlaya bilər. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan cavablar nəzərə alınır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 40124 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

AİA.az
Geri dön