Ana Sayfa > Media / Karusel > Azərbaycan atəşfəşanlığı yenə də ispanlara etibar etdi

Azərbaycan atəşfəşanlığı yenə də ispanlara etibar etdi


7-03-2017, 12:00. Yazar: admin
Azərbaycan atəşfəşanlığı yenə də ispanlara etibar etdi

Bu ilin may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindəbu dəfə də atəşfəşanlığa İspaniyanın "Ricasa” şirkəti cavabdeh olacaq.
Adalet.az xəbər verir ki, bu barədə "El Mundo”ya istinadən haqqin.az məlumat yayıb.
İki il bundan öncə Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində olduğu kimi, Azərbaycan bu dəfə də rəngarəng şounu Valensiyadan olan şirkətə etibar edib.
Avropa Oyunlarından başqa, "Ricasa” Sidneydə Olimpiada-2000, 2014-cü ildə Soçidə Qış Oyunlarında, eləcə də Sinqapurda "Formula-1” Qran-Pridə və bir çox digər yarışlarda atəşfəşanlıq təşkil edib.
İspan şirkətiasiyalı rəqiblərindən fərqli olaraq Olokauda yerləşən zavodda daha az tüstülü, ekoloji cəhətdən daha az ziyanlı pirotexnika istehsal etmələri ilə fəxr edir.
Avropa Oyunlarının açılış mərasimində "Ricasa” 12 min fişəng partladıb.
"Fişənglərimizin belə tədbirdə istifadə eidlməsindən qürur duyuruq”, - şirkətin direktoruRikardo Kabalyerbəyan edib.

AİA.az
Geri dön