Ana Sayfa > Özəl > Putin Rusiyanın Avropa qaz bazarından tamamilə çıxa biləcəyini söylədi

Putin Rusiyanın Avropa qaz bazarından tamamilə çıxa biləcəyini söylədi


4-03-2026, 22:19. Yazar: sevinc1
Putin Rusiyanın Avropa qaz bazarından tamamilə çıxa biləcəyini söylədi

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Avropa qaz bazarından tamamilə çıxa biləcəyini bildirib və hökumətə Avropa Birliyinə (AB) qaz nəqlinin tamamilə dayandırılması üçün lazımi işləri görməyi tapşıracağını açıqlayıb.
Putin Rusiyanın dövlət kanalı "Rossiya 24"ə enerji bazarlarındakı inkişaflarla bağlı qiymətləndirmələr aparıb.

Ukraynanın Aralıq dənizində pilotsuz sualtı vasitələrdən istifadə edərək Rusiya tankerinə hücumuna cavab olaraq Putin deyib: "Bu, terror hücumudur. Bu cür hadisələrlə ilk dəfə qarşılaşmırıq".

Putin Ukraynanın enerji infrastrukturuna hücumları ilə Avropaya zərər verdiyini və Qara dənizdə "Türk Axını" və Ukrayna təbii qaz boru kəmərlərinə hücumlar planlaşdırdığını bildirib.
Putin Avropa təbii qaz bazarındakı qiymət artımlarının təchizatçılarla əlaqəli olmadığını izah edərək, təchizatçılar arasında ABŞ, Norveç, Əlcəzair və Rusiyanın da tədarüklərini azaltmadığını bildirdi.

Putin qiymət artımının Yaxın Şərqdəki hadisələrdən sonra Avropadan daha yüksək qiymətlərlə təbii qaz almaq istəyən müştərilərlə əlaqəli olduğunu qiymətləndirdi.

Avropanın mayeləşdirilmiş təbii qaz (LNG) da daxil olmaqla Rusiya təbii qazını tamamilə qadağan etmək planlarına işarə edən Putin dedi: "Yeni bazarlar açılır. Bəlkə də hazırda Avropa bazarına tədarükü dayandırmaq bizim üçün daha sərfəli olardı. Açılan bazarlara daxil ola və orada mövqeyimizi möhkəmləndirə bilərik."

Bu məsələyə siyasi cəhətdən yanaşmadıqlarını vurğulayan Putin dedi: "İndi tədarükü özümüz dayandırıb etibarlı tərəfdaş olan ölkələrə getsəydik, daha yaxşı olmazdımı? Mən hökumətə bu məsələni şirkətlərimizlə birlikdə həll etməyi mütləq tapşıracağam."

Putin Avropadan daha yaxşı bazarların yarana biləcəyini və bir çox təbii qaz təchizatçısının bu bazarlara gedəcəyini bildirdi və ABŞ-ın da onların arasında ola biləcəyini qeyd etdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön