Ana Sayfa > Gündəm > Qatarların hərəkət cədvəlində dəyişiklik edildi
Qatarların hərəkət cədvəlində dəyişiklik edildi4-03-2026, 17:26. Yazar: sevinc1 |
![]() ADY 8 Martla əlaqədar qatarların hərəkət cədvəlində dəyişiklik edib. Qurumdan aia.az-a bildirilib ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib. "Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər",- ADY-dən əlavə edilib. aia.az Geri dön |