Ana Sayfa > Ölkə > Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı
Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı4-03-2026, 10:46. Yazar: sevinc1 |
![]() Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb. Bu barədə aia.az-a AEM-dən məlumat verilib. Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub. Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub. aia.az Geri dön |