Ana Sayfa > İdman > Formula 1-ə görə Bakıda paddok tikintisinə başlanıldı
Formula 1-ə görə Bakıda paddok tikintisinə başlanıldı3-03-2026, 12:42. Yazar: sevinc1 |
![]() Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə başlanılıb. Bakı Şəhər Halqası (BCC) Əməliyyat Şirkətindən aia.az-a verilən məlumata görə, paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır. Piyadalardan və sürücülərdən diqqətli olmaları xahiş edilib. Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 sentyabrın 24–26-da keçiriləcək. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq. aia.az Geri dön |