Ana Sayfa > Gündəm > Bakı-Qazax istiqamətində əlavə qatar reysləri təyin edildi
Bakı-Qazax istiqamətində əlavə qatar reysləri təyin edildi3-03-2026, 10:17. Yazar: sevinc1 |
![]() "Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. aia.az xəbər verir ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək. Qatar Bakıdan Qazaxa saat 07:45-də, Qazaxdan Bakıya isə saat 16:40-da yola düşəcək. Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. aia.az Geri dön |