Ana Sayfa > Gündəm > FHN saytlara xəbərdarlıq etdi

FHN saytlara xəbərdarlıq etdi


6-03-2017, 16:27. Yazar: admin
FHN saytlara xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi saytlara xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bəzi saytlar ötən il fevralın 21-də Binəqədi rayonunda yanğınla bağlı yayılmış xəbəri yeni xəbər kimi təqdim ediblər: "Fövqəladə Hallar Nazirliyi olaraq bildiririk ki, həmin xəbər bir il əvvəl tərəfimizdən təkzib olunub və bu xəbərin yenidən gündəmə gətirilməsi təəccüb və təəssüf doğurur. Bu kimi yanlışlığa yol verən saytları xəbərdar edərək onları diqqətli olmağa çağırırıq”.

Qeyd edək ki, bəzi saytlar ötən il fevralın 21-də Binəqədi rayonunda baş verən yanğının video görüntülərini yayıb. Həmin video görüntülərdə evi söndürməyə gələn yanğınsöndürən maşınlarda su olmadığı bildirilir.

AİA.az
Geri dön