Ana Sayfa > Dünya > "İran Hörmüz boğazından keçmək istəyən tankerləri vuracaq" -

"İran Hörmüz boğazından keçmək istəyən tankerləri vuracaq" -


3-03-2026, 09:25. Yazar: sevinc1
"İran Hörmüz boğazından keçmək istəyən tankerləri vuracaq" -

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankeri vuracaq.

aia.az xəbər verir ki, bu açıqlamanı SEPAH komandanının müşaviri general-mayor İbrahim Cabari verib.

"Hörmüz boğazından keçməyə çalışan hər bir gəmini yandıracağıq. Bir damla neftin belə bölgədən çıxmasına icazə verməyəcəyik", - o deyib.

Qeyd edək ki, İran müharibə başlayandan bəri Hörmüz boğazı və Oman sahillərində üç tankeri vurub.

aia.az
Geri dön