Ana Sayfa > Özəl > Avropa Birliyi hava məkanı xəbərdarlığını uzadıb

Avropa Birliyi hava məkanı xəbərdarlığını uzadıb


2-03-2026, 20:31. Yazar: sevinc1
Avropa Birliyi  hava məkanı xəbərdarlığını uzadıb

Avropa Birliyinin (AB) Uçuş Təhlükəsizliyi Agentliyi aviaşirkətlərə Yaxın Şərq və Fars Körfəzi hava məkanından yayınmaq tövsiyəsini 6 mart tarixinə qədər uzadıb.
Kölndə yerləşən Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) İsrail və ABŞ-ın İrana hücumlarından sonra Yaxın Şərq və Fars körfəzi ilə bağlı Münaqişə Zonası Məlumat Bülletenini (CZIB) yeniləyib.

Aviaşirkətləri müharibə və ya yüksək riskli münaqişə zonaları ilə bağlı hava məkanının təhlükəsizliyi barədə xəbərdar edən bu texniki məsləhət üzv dövlətlər, AB Komissiyası və EASA tərəfindən nəzərdən keçirilib və 6 marta qədər uzadılıb.
Xəbərdarlıq Bəhreyn, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hava məkanındakı bütün yüksəklikləri əhatə edir və aviaşirkətlərə təsirlənmiş hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edir.
28 fevralda EASA aviasiya şirkətlərinə ABŞ və İsrailin İrana hücumlarından sonra yaranan yüksək risklər səbəbindən Yaxın Şərq və Fars körfəzi hava limanlarından uzaq durmağı tövsiyə etdi.

Münaqişələr davam etdikcə, bir çox yaxın Şərq ölkələri hava məkanlarını bağladılar.


aia.az
Tərcümə şöbəsi
Geri dön