Ana Sayfa > Özəl > Tramp: Biz hələ (İrana) sərt zərbə endirməyə başlamamışıq
Tramp: Biz hələ (İrana) sərt zərbə endirməyə başlamamışıq2-03-2026, 20:25. Yazar: sevinc1 |
|
ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun İranı "məhv etdiyini" iddia edərək, İrana qarşı "böyük hücum dalğasının" hələ qarşıda olduğunu əlavə edib.CNN-ə telefon müsahibəsində Tramp həftəsonu Yaxın Şərqdə İsrail və İrana qarşı başlayan hərbi hücumdakı son inkişafları müzakirə edib. ABŞ ordusunun İranı "məhv etdiyini" iddia edən Tramp, "Düşünürəm ki, çox yaxşı gedir. Çox güclüdür. Dünyanın ən böyük ordusuna sahibik və biz bundan istifadə edirik" dedi. İrana hücumların nə qədər davam edə biləcəyi ilə bağlı Tramp "İstəmirəm ki, çox uzun sürsün" cavabını verdi və əlavə etdi ki, İrana hücumların "böyük dalğası" hələ gəlməyib. ABŞ-ın "İran xalqının ölkələrinin nəzarətini rejimdən geri almasına kömək etmək" üçün hərbi əməliyyatlardan başqa nə etdiyi soruşulduqda, Tramp belə cavab verdi: "Bəli. Biz həqiqətən də bunu edirik. Amma hazırda hər kəsin içəridə qalmasını istəyirik. Çöldə təhlükəsiz deyil. Biz onlara güclü zərbələr endirməyə belə başlamamışıq. Böyük dalğa hələ gəlməyib. Böyük dalğa tezliklə gələcək". aia.az Tərcümə şöbəsi Geri dön |