Ana Sayfa > İdman > Bəhlul Mustafazadə əməliyyat olundu

Bəhlul Mustafazadə əməliyyat olundu


2-03-2026, 16:48. Yazar: sevinc1
Bəhlul Mustafazadə əməliyyat olundu

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

aia.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

aia.az
Geri dön