Ana Sayfa > Təhsil > Naxçıvanda 7 məktəbin direktor vəzifəsi boşdur

Naxçıvanda 7 məktəbin direktor vəzifəsi boşdur


2-03-2026, 16:21. Yazar: sevinc1
Naxçıvanda 7 məktəbin direktor vəzifəsi boşdur

Ölkə üzrə mərkəzləşmiş qaydada keçiriləcək direktorların işə qəbulu müsabiqəsinə Naxçıvanın ümumtəhsil müəssisələrindən 7 vakant direktor vəzifələsi çıxarılıb.

aia.az xəbər verir ki, direktorların işə qəbulu prosesinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən də 7 vakant direktor vəzifəsi çıxarılıb.

Belə ki, Naxçıvan şəhər 13 nömrəli, Şərur Rayon Çomaxtur, Mahmudkənd, Püsyan, Babək Rayon Babək Şəhər 2 nömrəli, Didivar və Kəngərli Rayon Şahtaxtı kənd tam orta məktəblərində olan vakant direktor vəzifələri müsabiqəyə çıxarılıb.

Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Proses ölkə üzrə mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

aia.az
Geri dön