Ana Sayfa > Parlament / Karusel > Azərbaycanlı avtoritet Rusiyada həbs edildi
Azərbaycanlı avtoritet Rusiyada həbs edildi6-03-2017, 15:32. Yazar: admin |
Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib. AİA.Az lent.az-a istinadən xəbər verir ki, kriminal aləmdə "Taleh Maştağinski" kimi tanınan Dağlıyev narkotik maddə saxlamaqda ittiham edilib. Dağlıyev ötən ilin sentyabrında Moskvadakı "Naş dvor" restoranında saxlanılmışdı. Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı "Taleh Maştağinski"nin üzərindən narkotik maddə tapılmışdı. Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir. O, 2014-cü ildə Türkiyədə keçirilən "sxodka"da "oğru" adı alıb. Ona bu titul "Lotu Quli" tərəfindən verilib. AİA.az Geri dön |