Ana Sayfa > Manşet / Siyasət / Parlament > Səməd Seyidov Amerika Birləşmiş Ştatlarına səfər edəcək
Səməd Seyidov Amerika Birləşmiş Ştatlarına səfər edəcək2-03-2026, 11:02. Yazar: azer |
![]() Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov martın 3-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində komitə sədri Suveren Millətlər Alyansının ilk zirvə toplantısında və ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş konfransda iştirak edəcək. Səfər martın 12-də başa çatacaq. Geri dön |