Ana Sayfa > Manşet / Gündəm > Son sutkada İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Son sutkada İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub2-03-2026, 10:41. Yazar: sevinc1 |
![]() Martın 1-dən bu gün səhər saat 10-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və 2 Tacikistan vətəndaşı təxliyə olunub. aia.az-ın məlumatına görə, hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. aia.az Geri dön |