Ana Sayfa > Gündəm > SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb


Bu gün, 15:13. Yazar: azer
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb

27 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüşüb.
Görüşdə SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, şirkətlərin birgə iştirakı ilə Azərbaycanda reallaşdırılan külək və günəş elektrik stansiyaları layihələri üzrə görülən işlər nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər ədalətli enerji keçidi və dekarbonizasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, bu istiqamətlərdə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Geri dön