Ana Sayfa > Gündəm > Fransada TƏTİL - 300 aviareys təxirə salınır
Fransada TƏTİL - 300 aviareys təxirə salınır6-03-2017, 13:41. Yazar: admin |
Fransanın hava limanlarında elan olunmuş dörd günlük tətillə əlaqədar 300-ə yaxın reys təxirə salınacaq. Trend-in məlumatına görə, tətil əsasən ölkənin cənubunda və qərbindəki hava limanlarına təsir edəcək. Məlumatda qeyd olunur ki, təkcə bu gün ümumi uçuşların 4 faizi təxirə salınır. “Air France” aviaşirkəti öz reyslərinin 20 faizini təxirə salıb. Tətilin ikinci günündə Nitsa və Marsel hava limanlarının uçuşları təxirə salacağı bildirilib. Tətil martın 10-da başa çatdırılacaq. Həmin günədək Paris aeroportlarında da uçuşların təxirə salınacağı gözlənilir. Qeyd edək ki, Fransanın Brest, Bordo və Eks-an-Provans hava limanlarının əməkdaşları tətil elan ediblər. Onlar iş saatlarının azaldılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər. AİA.az Geri dön |