Ana Sayfa > Karusel / Ölkə > Sumqayıtda poladəritmə sexində partlayış -
Sumqayıtda poladəritmə sexində partlayış -Bu gün, 10:07. Yazar: sevinc1 |
![]() Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib. aia.az Reporta istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində müəssisədə fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |