Ana Sayfa > Özəl > Ağcabədi rayonunun Taxtakörpü ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb

Ağcabədi rayonunun Taxtakörpü ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb


Dünən, 18:19. Yazar: azer
Ağcabədi rayonunun Taxtakörpü ərazisində  Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb

Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Ağcabədi rayonunun Taxtakörpü ərazisində inşa edilmiş “Şəhidlərin Xatirə Kompleksi” abidəsi ziyarət olunmuş və ümumrayon tədbiri keçirilmişdir.

aia.az xəbər verir ki, tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları və çoxsaylı qəsəbə sakinləri iştirak etmişlər.

Abidənin önünə əklil və gül dəstələri qoyulmuş, soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Geri dön