Ana Sayfa > Siyasət > Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi
Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdiDünən, 17:44. Yazar: azer |
![]() Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. aia.az xəbər verir ki, prezident bu barədə "X" sosial media hesabında yazıb. "Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub. Geri dön |