Ana Sayfa > Şou-biznes > Hüseyn Həsənov Rusiyaya 300 milyon ödədi
Hüseyn Həsənov Rusiyaya 300 milyon ödədiDünən, 14:17. Yazar: sevinc1 |
![]() Rusiyada “çirkli pulların yuyulmasında” ittiham olunan azərbaycanlı videobloqçu Hüseyn Həsənov 170 milyon rubl məbləğində vergi borcunu ödəyib. aia.az xəbər verir ki, bu barədə onun vəkili Mixail Yusupov TASS-a bildirib. “Hüseyn Həsənov 2024-cü ildə 170 milyon rubl vergi borcunu ödəyib, faizlər və cərimələrlə birlikdə təxminən 300 milyon rubl borcu tam şəkildə bağlayıb”, - vəkil deyib. Moskvanın Presnenski Məhkəməsi Həsənova qarşı cinayət işinin qiyabi dinlənilməsinə başlayıb. O, Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. aia.az Geri dön |