Ana Sayfa > Manşet / Özəl / Parlament > Deputat Novruzəli Aslanov İsmayıllıdan olan seçicilərlə “online” rejimində görüşüb
Deputat Novruzəli Aslanov İsmayıllıdan olan seçicilərlə “online” rejimində görüşübDünən, 13:35. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 26 fevral 2026-cı il tarixində vətəndaşların “online” rejimində qəbulunu keçirib. aia.az xəbər verir ki, millət vəkilinin İsmayıllıya bu günə planlaşdırılmış səfəri onun Xocalı Soyqırımı Günü ilə bağlı dövlət tədbirlərində iştirakı səbəbindən təxirə salınıb. Rayonda olan seçicilərlə video-formatda keyfiyyətli bağlantının yaradılması məqsədilə millət vəkilinin Bakı və İsmayıllı ofislərində müvafiq avadanlıqlar quraşdırılıb. Vətəndaşlarla canlı ünsiyyət qurmaq üçün hər cür şərait yaradılıb. Tədbirin gedişində İsmayıllı sakinlərini narahat edən bir sıra sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib. Deputat Novruzəli Aslanovun “online” rejimində keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |