Ana Sayfa > İqtisadiyyat > Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı göndərilir
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı göndərilirBu gün, 17:52. Yazar: sevinc1 |
![]() Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü baş tutur. aia.az xəbər verir ki, 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqonu "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınır. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Xatırladaq ki, sonuncu dəfə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola salınıb. Bundan əvvəl isə ayın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxil olub. Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib. Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir. aia.az Geri dön |