Ana Sayfa > Karusel / Gündəm > Zakir Həsənov idarə rəisini işdən çıxardı

Zakir Həsənov idarə rəisini işdən çıxardı


Bu gün, 15:35. Yazar: sevinc1
Zakir Həsənov idarə rəisini işdən çıxardı

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.

Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.

aia.az
Geri dön