Ana Sayfa > Gündəm > "Laser Beauty Clinic"də qəfil yoxlama - Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş
"Laser Beauty Clinic"də qəfil yoxlama - Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmişBu gün, 12:51. Yazar: azer |
![]() Daha əvvəl qanunsuz həkim olması ilə bağlı məlumatlar yayılan "kosmetoloq" Nigar Rüfət hələ də "Laser Beauty Clinic"də fəaliyyətini davam etdirir. "Unikal"ın əldə etdiyi məlumata görə, fevralın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Laser Beauty Clinic"də yoxlama keçirilib. Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirib ki, “LB CLINIC” MMC-yə məxsus “Laser Beauty Clinic” özəl tibb müəssisəsində çalışan Nigar Rüfət adlı şəxsin fəaliyyəti ilə bağlı 20 fevral 2026-cı il tarixində Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin qərarı əsasında plandankənar yoxlama zamanı aşkar edilən faktlar qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilib və aidiyyəti üzrə inzibati icraat çərçivəsində baxılması üçün təqdim edilib: "Nigar Rüfət qızı ali tibb təhsillidir və bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diplomun surəti yoxlamaya təqdim edilib. Onun bu günə olan təhsili həkim-kosmetoloq kimi çalışmasına imkan vermir". Əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən səhiyyə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti mütəmadi qaydada həyata keçirilir və aşkar olunan qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülür. Murad İbrahimli Geri dön |